Çexiyanın Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adı veriləcək
Praqa-APA. Çexiyanın Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adı veriləcək. “Azər-Çex” Cəmiyyətindən APA-ya verilən məlumata görə, şəhərin ali rəhbər orqanlarının bununla bağlı verdiyi qərarı “Azər-Çex” Cəmiyyətinə Lidiçe şəhər icra hakimiyyətinin başçısı Yozef Klima təqdim edib. Qərarın digər bir bəndində Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması nəzərdə tutulur.
Cəmiyyətin sədri Elşən Nəzərovun APA-ya verdiyi məlumata görə, bu təşəbbüsü ilk dəfə “Azər-Çex” Cəmiyyəti 2007-ci ildə qaldırıb və bu müddətdə Lidiçe şəhər rəhbərliyi ilə mütəmadi əməkdaşlıq edib.

Qeyd edək ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilib, yerli əhali terrora məruz qalıb. Xocalı və Lidiçe faciəsi bir-birinə oxşar olduğuna görə, 2007-ci il fevralın 27-də Lidiçedə Xocalı soyqırımından bəhs edən və 3 ay davam edən sərgi təşkil olunub.
Sourced from AZ.APA.AZ



del.icio.us
Digg
Facebook
Technorati