“Euronews” gənc bloqçulardan film çəkir
Bu haqda kanalın baş redaktoru Peter Barabas Avropadakı azərbaycanlı tələbələrlə görüşündə xəbər verib “Euronews” kanalı həbs edilən iki azərbaycanlı bloqçu Adnan Hacızadə və Emin Milli haqda sənədli film çəkməyə hazırlaşır. Bu haqda xəbəri kanalın baş redaktoru Peter Barabas təxminən on gün öncə Avropadakı azərbaycanlı tələbələrlə görüşündə səsləndirib.
Hazırda Fransada təhsil alan Elnur Məcidli adlı bloqçunun “Azadlıq”a verdiyi bilgiyə görə Peter Barabas başda olmaqla kanalla sənədli filmin hansı formada çəkilməsi, müsahibə alınacaq insanlar, gediləcək yerlər, Emin və Adnanın həbsindən öncəki və sonrakı vəziyyəti, onların aktiv sosial həyatı, həbs olunma prosesi, məhkəmələr barədə çəkiliş planının müzakirələri davam edir. Məcidlinin sözlərinə görə “Euronews” gənclər haqda sənədli film çəkməyə müsbət baxır və bu yöndə israrlıdır: “Biz də Emin və Adnanın dostları olaraq ssenarini formalaşdırmaqda ”Euronews”a kömək edirik.

Eyni zamanda Emin Millinin yaradıcısı olduğu, Azərbaycanın ilk mobil televiziyası ANTV-nin dəstəyindən və resurslarından istifadə edəcəyik. Çox güman ki, daha sonra bu filmin hazırlanması ilə bağlı heyət təşkil ediləcək”.



del.icio.us
Digg
Facebook
Technorati