Home | OrdanBurdan | “Caspian-Khazri” Cəmiyyəti

“Caspian-Khazri” Cəmiyyəti

image

Müasir dövrdə Azərbaycanın sərhədləri kənarında yaşayan, təhsil alan və ya iş təcrübəsi qazanmaq məqsədi ilə ölkəni tərk etmiş həmyerlilərimiz çoxdur. Xaricdə yaşayan Azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür, onlar müvəqqəti və ya daimi məskunlaşmaq üçün seçdikləri ölkələrin müsbət xüsusiyyətlərini gələcəkdə vətəndə tədbiq etmək məqsədi ilə öyrənməli və həmçinin xaricdə olduqları müddət ərzində Azərbaycanı layiqincə təmsil və təbliğ etməlidirlər.

 

Böyük Britaniyada Azərbaycan mədəniyyətini təbliğ etmək və Britaniyada yaşayan həmyerlilərimizi Azərbaycan naminə işlər görmək üçün həvəsləndirmək və istiqamətləndirmək məqsədi ilə iş adamları və digər fəal gənclərin təşəbbüsü ilə Londonda “Caspian-Khazri” Cəmiyyəti yaradılmışdır.

 

Cəmiyyət tərəfindən həyata keçirilmiş bir neçə böyük layihələr vardır. Onların arasında həftə sonları fəaliyyət göstərən iki Azərbaycan məktıbi, “Sara xatun” Qadın Cəmiyyəti, “Buta” Rəqs ansamblı, xaricilər üçün Azərbaycan dili və mədəniyyətinin öyrədilməsi üçün kurslar, “Tələbələrə yardım” və “Qarabağı tanıdaq” aksiyaları, cəmiyyət tərəfindən yaradılmış və müxtəlif universitetlərdə fəaliyyət göstərən tələbə cəmiyyətləri, Londonda Azərbaycan mətbəxi günləri və b. adlarını çəkmək olar.

 

Qeyd etmək lazımdır ki, “Caspian-Khazri” Cəmiyyətinin həftə sonları fəaliyyət göstərən məktəbləri və “Buta” Rəqs ansamblının sponsorluğu cənab Taleh Heydərov başda olmaqla “Avropa Azərbaycan Cəmiyyəti” tərəfindən həyata keçirilir.

 

Cəmiyyətin əldə etdiyi gəlirin 30%-i Azərbaycanda yaşayan əlil vətəndaşlar və imkansiz ailələrə yardım məqsədilə istifadə olunur.

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by Vivvo CMS v4.1.5.1