Adnan Hacızadə «Güzdək», Emin Milli «Xələc» təcridxanasına köçürülür
Həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadə Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülür. Bu barədə AzadlıqRadiosuna Adnan Hacızadənin vəkili İsaxan Aşurov məlumat verib:
«Adnan Hacızadə şənbə günü Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb, Emin Milli isə aprelin 12-i Salyandakı Xələcə aparılır».
«Emin Millini niyə məhz Salyana aparırlar» sualına vəkil cavab verib ki, «Hələlik bu suala cavab verə bilmirəm. Mən də indi bilmişəm».
Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Gənclər qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli biliniblər.
Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə E.Milli 2 il 6 ay, A.Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi martın 10-da birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Sourced from AZADLIQ
Rate this article

del.icio.us
Digg
Facebook
Technorati