Home | OrdanBurdan | Telman Adıgözəlovla vida

Telman Adıgözəlovla vida

image

Aktyor İlham Namiq Kamal: Bizi çox təsirləndirən xoşagəlməyən hadisələrdən biri minlərlə tamaşaçıların onu ziyarət etməsi üçün heç bir şərait yaradılmaması idi. Bizdə məmurluq o qədər yüksəkdə olub ki, sənət adamlarını alçaldılma vəziyyətində saxlayırlar. Mən bir kəlmə söz deyirəm, ayıb olsun. Çox ayıb olsun. Bu son hadisə tək məni yox, sənət adamlarını da heyrətləndirdi ki, adi vidanı təşkil etmədilər. İmkan verilmədi ki, heç olmasa Aktyorlar Evində vida təşkil edilsin.

Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib. Aktyor aprelin 15-də saat 4.00 radələrində dünyasını dəyişib. T.Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.

Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan «Dəli yığıncağı»nda Zəncirvuran, «Xurşidbanu Natəvan»da Daşdəmir, «Mahnı dağlarda qaldı»da Rəhman, «Maqbet»d’ Flins, «Közərən ocaqlar»da Xanəhməd, «İblis»də Şeypurçu, «Vaqif»də Təlxək, «Nişanlı qız»da Çeşməkli kişi, «Qədr gecəsi»ndə Oyunbaz, «Ah Paris…Paris!..»də Əhməd, «Mənim sevimli dəlim»də Professor, «Hələ «sevirəm» deməmişdilər»də Qumarbaz obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış «Yaşıl eynəkli adam», «Ordan-burdan», «Qonşular», »Azərbaycanfilm» kinostudiyasında istehsal olunmuş «Nəsimi», «Üzü küləyə», «Mən dəniz sahilində böyümüşəm» kimi filmlərdə xarakterik rollar oynamışdır.
T. Adıgözəlov 2000-ci ildə Azərbaycanın “Əməkdar artisti” və 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Bir qızı, bir oğlu var.

Alqış sədaları və göz yaşları ilə son mənzilə yola salınan Telman Adıgözəlov Fatmayidə ailə qəbiristanlığında dəfn olundu. Qardaşı Vaqif Adıgözəlov isə vida mərasiminin ona layiq şəkildə təşkil olunmamasından təəssüflənirdi.
Mədəniyyət və Turizm Nazirliyinin mərhum aktyorun vida mərasimini təşkil etməməsi, onun Fəxri Xiyabanda dəfən olunmasına şarit yartamamsı böyük narazılığa və təəccübə səbəb olub. 

Aktyor İlham Namiq Kamal «Azadlıq» Radiosuna deyib ki, minlərlə tamaşaçıların Telman Adıgözəlovu ziyarət etməsi üçün heç bir şərait yaradılmaması bütiün sənət adamlarına və aktorlara təhqir idi: «Bu gün bizim Telmanı itirməmiz Azərbaycan televiziyası-radiosu üçün zərbədir. Çünki onsuz da yetişən aktyorları qorumaq çətindir. Bizi çox təsirləndirən xoşagəlməyən hadisələrdən biri minlərlə tamaşaçıların onu ziyarət etməsi üçün heç bir şərait yaradılmaması idi. Bizdə məmurluq o qədər yüksəkdə olub ki, sənət adamlarını alçaldılma vəziyyətində saxlayırlar. Mən bir kəlmə söz deyirəm, ayıb olsun. Çox ayıb olsun. Bu son hadisə tək məni yox, sənət adamlarını da heyrətləndirdi ki, adi vidanı təşkil etmədilər. İmkan verilmədi ki, heç olmasa Aktyorlar Evində vida təşkil edilsin.

BizimYol

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1