Home | OrdanBurdan | Dünyanın ən hündür bayrağı cırıldı / Yüksələn bayraq artiq endi

Dünyanın ən hündür bayrağı cırıldı / Yüksələn bayraq artiq endi

image

 

Gecə güclü küləyin təsirindən şappıldayan bayrağın səsinə bir neçə dəfə oyanıb baxdım bayrağa.

 

Yaxşı görünürdü Bakı küləyində dalğalanan bayraq. Hələ bayraq rəsmi olaraq ucaldılmazdan əvvəl dəfələrlə məşq prosesinə baxmışdım və fikirləşirdim ki, görəsən bu böyüklükdə bayrağı Bakının küləyində saxlayacaq dirəyin mühəndislik işi hansı səviyyədədir.

 

“İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.” Azadlıq Radiosu.

 

 

Bundan başqa bayrağın özünün davamlılığı da kifayət qədər ciddi məsələdir. Çünki Bayraq Cırılma Hallarını bundan əvvəl Azneft meydanında quraşdırılmış daha kiçik bayraq nümunəsində və Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət müəssisələrinin üzərində olan digər hallarda da görmüşdük, amma madam ki, bu “Qülləni tikən şirkətin meneceri Devid Çembers bir müddət öncə BBC-yə müsahibəsində bildirmişdi ki, bayrağın 162 metrlik dirəyi 2-4 milyon manata başa gələcək. Təkcə bayrağın dirəyi üçün bu qədər məbləğ nəzərdə tutulub, amma ərazidə tikinti işləri üçün ötən ilin oktyabrında 10 milyon manat ayrılmışdı. Avqustun 3-də isə dövlət başçısı İlham Əliyev Prezidentin Ehtiyat fondundan meydandakı tikinti işlərinin başa çatdırılması üçün əlavə 10 milyon manat vəsait ayrılması üçün sərəncam imzalayıb. Azadlıq Radiosu.” belə bayraqdır, onda yəqin ki, buna heç nə olmaz deyirdim.

 

1 gün oncə:

Amma səhər işə tərəf addımlayarkən yarıya endirilmiş bayrağı artıq deşilmiş və ətəyinin cırılmış olduğunu gördüm. Bəlkə də bu normal hal olardı(dır) əgər bayraq 3 ilə, bir xeyli insanın yaşayış və iş yeri bahasına, bu qədər səs-küylü açılış və reklam, bir topa da pul bahasına başa gəlməsəydi. Çünki yanından keçdiyim insanlar bayrağa baxıb pıçıldaşır, başlarını bulayır, ciddi nəzərlə bunu müzkirə edirdilər. İşə gəldim və email zənciri də bundan bəhs edirdi. Müharibənin başlama xəbəri, zəlzələ, ADNA-da terror zamanı da ətrafımdakı insanlar təxminən eyni reaksiyanı vermişdilər. Bilmirəm niyə… Amma təəssüflənənlər az idi. Bilirəm niyə…

Sonrası isə məlumdur. Tələsik bayraq endirildi. Cəmi iki gün dalğalana bildi bir çoxlarımızın tək fiziki olaraq yox, mənəvi və insanların qəlbində də böyüklüyü ilə öyünməyini istədiyimiz bayrağımız.

 

Sourced from http://deffektiv.com

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1