BAKIda ilk defe - Avatar FlashMob!!!
Bakıda ilk dəfə unikal flaşmob – AVATAR mob!
Artıq çoxlarınız Avatar filminə baxmısınız və hər halda, Ceyk Sallinin yorucu məşqlərdən sonra necə “Na`vi”lərin bir hissəsinə çevrildiyini xatırlayırsınız.
Ssenari:
Təyin olunmuş vaxtda insanların çox olduğu bir yerdə bir nəfər peyda olur və onun ətrafına insanlar yığılır, daha sonra hamısı əllərini bir-birinin çiyninə qoyur. Birdən-birə hamısı əllərini qaldırır və heç nə olmamış kimi hərəsi bir tərəfə dağılır.
1. 25 aprel, bazar günü, saat 15:00-də Natəvanın heykəlinin yanında bir nəfər peyda olur. Daha sonra ikinci adam gəlir.
2. Onlardan biri əllərini digərinin çiyninə qoyur (onlar fiqurun mərkəzi olacaq).
3. Hər tərəfdən insanlar yaxınlaşmağa başlayır və eyni şəkildə əllərini həmin mərkəzdəkilərin çiyninə qoyur, ta ki, dairə yaranana qədər.
4. Daha sonra gələn insanlar 2 əlini orda olanların çiyninə qoyur və konsentrik bağlantı yaradır.
5. Daha sonra mobun bitmə vaxtına görə (2-3 dəq) mərkəzdən kənarlara doğru insanlar əllərini dalğa şəklində qaldırır və sonra dağılmağa başlayırlar.
İZAH:
Əllər dartılır, heç bir yaxınlaşma, qucaqlaşma və s. yoxdur.
Mərkəzdəkilərin telefonunda “AVATAR”dan uyğun mahnı səsləndirilə bilər.
Mərkəz tünd rəngli geyimdə olan qızlar olan yer, Natəvanın heykəlinə çatmamış olacaq
http://www.panoramio.com/photo/5081722
Bakının mərkəzində filmdən təkrarlayacağımız hissənin video keçidi:
http://www.facebook.com/video/video.php?v=1314093492600&oid=116246315053769
VACİB!
Moberlər iştirak etməzdən əvvəl flaşmob qaydalarını bilməlidirlər!
http://www.facebook.com/topic.php?uid=116246315053769&topic=36
http://www.facebook.com/topic.php?uid=116246315053769&topic=37



del.icio.us
Digg
Facebook
Technorati