Azerbaijani Youth Club: Mustafa Topçubaşov Mustafa Topçubaşov ================================================================================ admin on 16/11/2009 19:21:00 Mustafa Topçubaşov 1989-cu il sentyabrın 27-də Bakı şəhərində anadan olub. 160 saylı orta məktəbdə oxuyub, 2006-cı ildə 8 nömrəli məktəbi bitirib. 2006-cı il sentyabrın 13-də Londona gəlib. Hal-hazırda University of Westminster-də Turizm və Biznes oxuyur. Gələcəkdə Azərbaycana geri dönmək haqqında fikirləşir. Deyir ki, “Özüm haqda heç nə deyə bilmərərm, məni kənardakı insanlar qiymətləndirsin.” Ailəsi və yaxın dostları ilə vaxt keçirməyi sevir. Rəqs etməyi çox sevir. Həftə içi dərslə məşğul olur, həftə sonlarını isə dostları ilə keçirir. Mustafa Azərbaycan Demokratik Respublikasının Parlament sədri Əlimərdan bəy Topçubaşovun nəslindəndir. O, babasının adını daşıyır. Babası Mustafa Topçubaşov Azərbaycan Elmlər Akademiyasının sədr müavini, SSRİ Elmlər Akademiyasının həqiqi, Bolqarıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Ali Sovetinin deputatı, alim-cərrah olub. Ən çox sevdiyi musiqi janrı: Caz. RnB və House janrında musiqi dinləməyi də xoşlayır. Dərsliklərdən başqa kitablar oxumur: “Dərs kitabları mənə bəs edir.” Mustafa komediya janrında film seyr etməyi xoşlayır. Ən çox sevdiyi filmlər: “Rush Hour”, “Simpsons”. Azərbaycanla bağlı gündəlik xəbərləri internet vasitəsilə day.az saytından oxuyur. Bundan başqa bbc online izləyir və metroda olarkən Metro və Lite oxuyur. TV ümumiyyətlə izləmir. Azərbaycanı necə görmək istərdin? “Azərbaycanda turizmin inkişafını görmək istərdim. Azərbaycan kimi gözəl ölkədə gərək turizm daha da sürətlə inkişaf etsin. Təəsüf ki hal-hazırda bu sahədə problemlər var.” Yenidən dünyaya gəlsəydi ilan olmaq istərdi. ANI