Azerbaijani Youth Club: 1 sentyabr 1 sentyabr ================================================================================ admin on 11/09/2009 10:05:00 Sabah sentyabrın biridir. Indi bilik günü ən mənasız bayram, bilmək isə həyati təhlükə sayılır. Bizim günlərimizdə bilik--ən yaxşı halda babat işə düzəlməyə kömək edir. Nə vaxtsa bilik günü adamlara çox şey deyirdi. Inanırdılar. Və həmin inam bizə də aid idi, çünki o vaxtın körpə uşaqları bizim azad və xoşbəxt gələcəkdə yaşayacağımıza inanırdılar. Biz doğrudan da yaşayırıq, amma nə azadlıq var, nə də xoşbəxtlik. Onlardan fərqli olaraq, heç inamımız da yoxdur. Bizə qalan bu şəkillər və Markesin dahiyan sözləridir: “Kədərlənmə ki, bu qurtardı, sevin ki, bu oldu.” Doktor Ravik