Azerbaijani Youth Club: Azərbaycanda öpüşmək əxlaqsızlıqdır! Azərbaycanda öpüşmək əxlaqsızlıqdır! ================================================================================ Murad UmumElli on 08/12/2009 03:35:00 AZəRBAYCANDA öPüşMəK əXLAQSıZLıQDıR! Tibbi təcrübələr göstərir ki, ehtiraslı öpüş prosesi insanın ürək döyüntüsünü 100-ə qədər artırır. Öpüş zamanı insan qanındakı hormonlar o qədər sürətlə artır ki, hətta insan ömrünü 1 dəqiqə uzada bilər. Bu zaman insan öpüş üçün 6,4 kalori itirir. Bundan başqa, öpüş əsəbləri sakitləşdirir, stresi azaldır. Öpüşməyi sevənlər əksər hallarda optimist olurlar və öz güclərinə inanırlar. Tez-tez öpüşən adamlarda karies riski azdır. Öpüş haqqında bəzi qeydlər: Öpüş prosesini araşdıran elm filematologiya adlanır. 1981-ci ildə BMT-də Səhiyyə Komitəsində öpüşlə bağlı idarə yaradılıb. 6 iyul Beynəlxlaq öpüş günüdür. Amma Azərbaycanda öpüşmək insanın ömrünü azaldır, ölümünü yaxınlaşdırır... Kiçik yaşlarımda, valideynlərim əlimdən tutub bulvarı gəzdirəndə sahildə öpüşən gəncləri görəndə öz-özümə fikirləşirdim ki, görəsən, onlar nə edir? Sual verəndə deyirdilər ki, “sevgililərdi də öpüşürlər, oğlum”. Məncə insanlar tərəfindən də normal qarşılanırdı. Düzdür, kənddən gələnlər üçün bir tamaşaya çevrilsə də, o qədər də geniş auditoriyanın marağına səbəb olmurdu. Amma günümüzdə parklarımızda xüsusi nəzarət var! “Əxlaqsız”lığın qarşısını almaq üçün səylə çalışan polislər, "məktəb"lərdə xüsusi olaraq yetişdirilməkdədir. Bir müddət əvvəl dostum söhbət zamanı mənə dedi ki, “ağlın başqa yerə getməsin, itə, qurda vermək üçün cibində gərək həmişə 50 dolların olsun.” Mən əvvəlcə onun nə demək istədiyini başa düşmədim. Amma bir gün "Sabir" parkında baş verən hadisəni gördükdən sonra "dodağımı" dişlədim... Bir "cüt" oturmuşdu. Qəzet oxuyur, deyir, gülür, əylənirdilər. Qız sevgilisinin yanağına bir öpücük qonduranda, oğlan qorxaq baxışlarıyla ətrafı süzürdü. Nəysə bir belə, beş belə... Bakı böyük "kənd"ə çevriləndən sonra, qrup halında gəzən "gədə"lərin çoxalması da qarşısıalınmazdır. Vəhşi heyvanlar kimi səslər çıxaran bu canlılarla şəhərin hər yerində qarşılaşa bilərsiniz. Nəysə bu heyvandan ikisi gəlib bu "cüt"ün yanında oturdu və başladılar ağızlarına gələni danışmağa, söyməyə. Qabaqlarından o tərəfə, bu tərəfə keçdilər, siqaret çəkdilər, dumanını onlara üfürdülər. Səbr kasası dolan "cüt"lük qalxdı. Sevgililər gedərkən bu iki “vəhşisəsli” onların arxasından utanmaz-utanmaz söz də atdı. Cütlük bir az aralanmamış polislər peyda oldu, bayaqkı "küçük"lər aradan çıxdı. Polis oğlanı (qızın sevgilisini) kənara çəkib dedi "min hoqqadan çıxıbsız, (“tərlə”) aparım şöbəyə sizi yoxsaaa???" Həə… Elə bu yerdə Dədə Qorqud sazıyla gəldi, söz söylədi, qopuz çaldı, şirinliyini aldı getdi. Yəni nə qədər ki bu ölkənin "yiyəsi" yoxdu, hələ bu harasıdır ki, bir azdan kəbinli arvadının əlindən də tuta bilməyəcəksən. Sevgililər də bir - birindən 3 metrə aralı gəzəcəklər. Xeyirli olsun. Özünüzü "it"lərdən qoruyun. Bu aralar dəhşət azıblar... _BY ORKAN KERIMOV_ _SOURCED FROM ALMA_