Home | Network | Naza Abbaszadə

Naza Abbaszadə

image

Naza Abbaszadə

 

1989-cu il, oktyabrın 19-da Bakıda doğulub. 6-cı sinifə qədər Bakıda 8 nömrəli orta məktəbdə oxuyub. 2002-ci ildə ailəsi ilə birgə Liverpool şəhərinə köçmüş və 2006-cı ildə Londona gəlmişdir. Enfiled College-də “Art and Design” oxuyur. Universitet oxumuğı planlaşdırır.

 

Həddən artıq özündən razıdı (bunu özü təsdiqləyir). Həm də belə düşünür: “Mənə elə gəlir ki mehribanam”. Ona elə gəlir ki adam özün sevməsə onu heç kim sevməz. Buna görə də özünü çox sevir. Əsil azərbaycanlı xarakterinə uyğun olaraq yalandan üzə gülmürmüş: “Bəzən çox tənbəl ola bilirəm. Bütün günü evdə oturub heçnə etməmək. Ancaq ümumiyyətlə gəzməyi çox sevirəm. Əylənməyi.” Ən nifrət etdiyi şey kiminsə işinə qarşması və əmr etməsidir. Bunu azadlığına əngəl hesab edir. Çünki azadlığı çox sevir. Əks halda çox əsəbiləşir və əsəbiləşəndə də təhlükəli olurmuş (Doğrudan da belədi. Barmaqları ilə pələng təqlidi edirsə demək əsəbiləşib).

 

İdmanı sevmir və ümumiyyətlə sevdiyi idman növü yoxdur.

 

Bütün musiqi janlrlarını dinləyə bilir. Önəmli olan bəyənsin. Yəni bütün janrlarda musiqi dinləməyi bacarır və sevir.  

 

Lakin hip-hop və RnB daha çox dinləyir. Azərbaycanda ən çox sevdiyi müğənni Röyadır.

Ən çox sevdiyi musiqi aləti pianodur. Uşaq vaxtı 5 il müddətində canon (musiqi aləti) dərsləri alıb. Daha sonra bir müddər pianoya da gedib.

 

Sevdiyi film janrları: romantik, qorxu, komediya. Film adları yadında qalmır. Ən çox sevdiyi Azərbaycan (Sovet) filmi isə “Gün keçdi”dir: “Neçə dəfə baxsam bezmirəm”

 

Kitab oxumur. Buna bəhanə olaraq dərslərə görə vaxtının az olmasını əsas gətirir. Lakin ümumumilikdə detektiv janrını sevir. Qatarda və metroda olarkən qəzet və jurnal vərəqləməyi (oxumağı yox) xoşlayır.

 

Azərbaycanla bağlı informasiyanı internet vasitəsi ilə day.azlent.az saytlarından alır. TV –yə isə demək olar ki heç baxmır.

 

ANİnterviewnun “Azərbaycanı necə görmək istərdin?” sualına cavabı:

 

Bura gələndə uşaq idim. 13 yaşım var idi və gələndən həmişə deyirdim ki mən qayıdacam Azərbaycana. Ora gedəndə hər şeyi unuduram. Amma böyüdükcə, burda oxuduqca görürəm ki yaşamaq üçün bura daha yaxşıdı. Burda daha sərbəstəm. Amma yenə de bura mənə özgədir. İstəyərdim burdakı imkanlar Azərbaycanda olsun. Papam evə gec gələndə mənə demesin ki qızım mən sənə güvənirəm amma ətrafa güvənmirəm. Ona görə evə tez gəl ki söz çıxmasın. İstəyərdim burdakı kimi Azərbaycanda da istədiyim yerə gedim, istədiyim kimi geyinim, heçnə düşünmədən, utanmadan. Azərbaycan nə qədər pis olasa da vətənimdir” Dediyinə görə Azərbaycana gedib yaşamaq istəyir, lakin cəmiyyətin burdakı kimi olmaması buna əngəl olur.

 

Dünyaya bir də gəlmiş olsaydı at olmaq istərdi :)

 

Futbolla qətiyyən maraqlanmır.

Azeryouth Networking Interviews (ANI)

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Powered by Vivvo CMS v4.1.5.1