Ziya Əfəndizadə
Ziya Əfəndizadə
1990-cı il martın 13-də Bakıda, Əhmədli qəsəbəsində doğulub. 2002-ci ildə valideynləri ilə birgə İngiltərəyə köçüb. İlk öncə Liverpool şəhərində yaşayıb. Bir il sonra Londona gəlib. Orta təhsil və kolleci bitirib, hal-hazırda Middlesex Universitetində “product design, engineering, computer science” oxuyur.
Deyir ki, mən heç vaxt özümü “analyse” etmirəm: “Qoy başqaları mənim haqqında düşünsün və desin ki, necə oğlandı.” Sonra əlavə edir ki, mən adi oğlanam, heç nə ilə fərqlənmirəm. Ziya özü haqqında danışmaq istəməsə də bunları əlavə edir: "Qravitasiyalı insanam, hər şeyi özümə cəlb etməyi bacarıram, qravitasiya kimi” wow. Ziya həmçinin insanlar sözün bütün mənalarında şit olduğu zaman sevmir.
Texnologiya və yenilikləri çox sevir. Hər 5-6 aydan bir yeni telefon alır. Azərbaycana gedəndə hımin telefonları daha baha qiymətə satırmış.
Deyir ki, “musiqiləri janra bölməyi sevmirəm”. Lakin ən çox sevdiyi ifaçı Ne Yo və Linkin Park- dır
Kitab oxumağı çox sevməsə də, ən çox bəyəndiyi kitab: Rhonda Byrne-ın The Secret əsəri.
Ziya 5 il idmanın karte növü ilə məşğul olub və dediyinə görə qara kəmər sahibidir. Bundan başqa Martial Art-la məğul olur, boş vaxtlarında isə futbol və basketbol oynayır.
Günün əsas xəbərlərini qəzetlərdən oxuyur. Ən çox oxuduğu qəzet: The Independent.
Azərbaycanı necə görmək istərdin?
“Azərbaycanda insanların psixalogyası dəyişməyəcək, amma ölkəmiz gündən-günə düzəlir və yaxşıya doğru gedir. Dövlətimizdən isdədiyim odur ki, gənclər üçün yaxshi təhsil müəssisələri və çoxlu əyləncə mərkəzləri açılsın.
Sonda demək istəyirəm ki, insanlarımızın nə qədər çox pulu olsa da, o qədər də ağılı olsun“
Yenidən dünyaya gələsydi Sibir Pələngi olmaq istərdi.
Arsenal və FK Qarabağ azarkeşidir.

ANI



del.icio.us
Digg
Facebook
Technorati