Home | Network | Mirxatun Cəlalova

Mirxatun Cəlalova

image

Mirxatun (Mary) Cəlalova

 

Mirxatun 1988-ci il, sentyabrın 16-da Bakıda doğulub. Uşaqlığı Bakıda keçib. Bakıda 9 nömrəli orta məktəbdə təhsil alıb. 2002-ci ildə valideynləri ilə birgə Londona köçüb, bir müddət Londonda yaşadıqdan sonra isə Glasgow şəhərinə daşınıblar və hal-hazırda Glasgow-da yaşayır.

 

Təhsilini davam etdirmək üçün Science oxumağı düşünür. Laboratoriyada çalışmağı arzulayır. Hal-hazırda isə təhsilinə bir illik ara verib.

 

Sadə bir azərbaycanlı oıduğunu iddia edir. Əsəbidir, lakin kinli deyil. Deyir ki, “adamlar məni tez aldada bilir, hər kəsə inanıram və bunu özümdə mənfi hal kimi dəyərləndirirəm.”

 

RnB və Hip-Hop janrlarında musiqi dinləməyi sevir. Ən çox bəyəndiyi musiqiçilər: Michael Jackson və Justin Timberlake.

 

Sevdiyi kitablar: Roald Dahl tərəfindən yazılmış hekayələr

 

İnternet üzərindən daha çox yahoo news oxuyur. Azərbaycanla bağlı məlumatı isə Lider TV və İctimai TV vasitəsilə alır. Evdə ən çox baxılan Azərbaycan kanalları bunlardır.

 

İdmanla məşğul olmağı sevmir, lakin futbol izləməyi çox sevir. Avtomobil pərəstişkarıdır. Maşın sürməyi sevir. Gününü əsasən msn də oturmaqla, TV  izləməklə və İpod dinləməklə keçirir.

 

Azərbaycanı necə görmək istərdin?

 

“İstərdim insanlar etik qaydalara riayət etsinlər. Çox sağ ol, bağışla, üzr istəyirəm, zəhmət olmasa kimi cümlələrdən istifadə etməyi bacarsınlar. İnsanlar dini fanatizmlə məşğul olmasınıar. Geyimə görə insanlara qiymət verilməsin.”

 

Dünyaya yenidən gəlsəyidi balıq olmaq istərdi. Dənizi çox sevir.  

 

 

ANI

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Powered by Vivvo CMS v4.1.5.1