Cahangir İsmayıl
Cahangir İsmayıl
1986-cı ildə Bakı şəhərində anadan olub. Bakıda yaşayıb. 2002-ci ildə ailəsiylə bərabər İngiltərənin Nottingham şəhərinə gəlib, 2007-ci ildə isə Londona köçüblər. Hal-hazırda iş axtarmaqla məşğuldur. 2008-ci ildə Newham College-i uğurla başa vurub. “Computer and Software Engineering” ixtisası üzrə təhsil alıb.
Deyir ki, səyahəti çox sevir. Avropanın bir sıra ölkələrində olub: “Fransa, Belçika, Danimarka, Estoniya, Belarus, Rumuniya, Rusiya, Türkiyə və s... ölkələrdə olmuşam.” Səyahət etməyi o qədər çox sevir ki, bəzən tək sayət də edə bilir.
Özü haqqında kritik fikirləşir: “Mən həyatda bir çox şeyə qarşıyam və sevmirəm. Sevgiyə nifrət eləyirəm. Vaxtımı evdən uzaqda keçirməyi xoşlayıram.”
Klassik və rok musiqisi dinləyir. Sevdiyi qruplar: Limp Bizkit, Slipknot, Dead Memories, Creed.
Kompyuter oyunlarını çox sevir. Sevdiyi oyunlar: Jericho, Counter Strike, Civilization və Roman Empire.
Qorxu, həyat haqqında və erotik filmləri seyr edir. Kinoya online baxmağa üstünlük verir. Sevdiyi filmlər: Underworld Risin of Lycans, Donnie Brasco, Goodfellas, Hitler – Rise of Evil.
Gym-ə gedir, boş vaxtlarında tennis izləyir. Sevdiyi tennisçi Rafael Nadaldır.
Özünün millətçi hesab edir, ancaq bunun nə demək olduğunu bilmir.
Azərbaycanı necə görmək istərdin?
“Azərbaycan indi pis vəziyyətdədir. Camaat acdır, amma birinin obirisindən xəbəri yoxdur. Dilənçilər çoxalıb, lazımsız şeylər çoxalıb, iş yerləri azalıb, ümumiyyətlə yoxdur. Millət heç nə eləyə bilmir. Ancaq hökumət nəsə düzəldə bilər, o da…Hökumət gərək daha çox iş yerləri açsın, maarifləndirmə ilə məşğul olsun.”
Cahangir West Ham azarkeşidir.
Dünyaya yenidən gəlsəydi pələng olmaq istərdi.
ANI



del.icio.us
Digg
Facebook
Technorati