Kamran Abilov
Kamran Abilov
Kamran 1990-cü il iyulun 3-də Bakıda doğulub. Birinci sinifə Rusiyanın Novqorod şəhərində gedib (175 nömrəli şkola). 4 il Rusiyada məktəb oxuyub sonra Bakıda, 25 saylı orta məktəbdə təhsilini davam etdirib. Çox çalışıb və istəyinə nail olub. Belə ki, 2007-ci ildə 635 balla Dövlət İdarəçilik Akademiyasına daxil olub.
2008-ci ildə İngiltərəyə gəlməyə qərar verib. Lakin iki dəfə viza üçün rədd cavabı alıb. İnadkarlığının nəticəsi olaraq 31 yanvar 2009-cu ildə Londona gələ bilir və hava limanından bir başa Azərbaycan Evində təşkil edilmiş Məmməd Əmin Rəsulzadənin ad günü münasibətilə təşkil edilmiş tədbirə gəlir və doyunca rəqs edir. Kamran hal-hazırda Goldsmith University of Londonda International Studies fakultəsində təhsil alır.
Kamran deyir ki, “xasiyətim ağırdı.” Düşünür ki, həyatda ən vacib dostluq və ailəyə hörmətdir: “Çalışmışam ki həmişə bunlara riayət edim. Sadəcə bir müddət kiməsə acıqlı ola bilərəm, sonra unuduram. Mən bağışlamağı bacaran biriyəm. Səbirsiz olmağımdan narazıyam. Hərdən insanları düzgün qiymətləndirə bilmirəm.”
Musiqi zövqü əhvalına görə dəyişir. Ən çox bəyəndiyi ifaçı Lil Johndur.
Kamran böyük kino həvəskarıdır. Sevdiyi filmlər: “Butterfly Effect”, “Too Fast Too Furious”, “TRIPLE X”, “Brigada”.
Kitab oxumağa elə də marağı yoxdur. Əsasən isə ümumi bilgi verən və siyasi şəxslər haqqında olan kitablara üstünlük verir.
6 yaşından üzgüçülüklə məşğul olub. 11 yaşında şahmatda 3-cü dərəcəyə layiq görülüb. Judo ilə məşğul olub. Futbol və basketbolu sevir və bütün bunlarla yanaşı Ləzginka oyununu rəqs etməyi sevir.
Hər gün London Lite qəzetini oxuyur. İnternet üzərindən bbc online izləyir. Azərbaycanla bağlı məlumatı isə day.az və itv.az saytlarından alır.
Azərbaycanı necə görmək istərdin?
“Bu gün Azərbaycan sürətlə irəliləyən bir respublikadır. Ümidvaram ki, qarşımızda duran ən vacib məsələ olan Qarabağ problemini də tezliklə xeyrmizə həll edəcəyik. Azərbaycan gəncliyinin düzgün, doğru yolda inkişafını görmık istərdim. Onların vaxtlarını kitabxanalarda keçirmələrini, ağıllı məsələlər haqqında müzakirələr aparmalarını istərdim, nəyinki çayxanalarda vaxt keçirmələrini və avtoxuliqanlıqla məşğul olmalarını. Bunları ona görə deyirəm ki, özüm də bu səhvləri edirəm və üzərimdə işləyib dəyişməyə çalışıram.”
Kamran Manchester United fanatıdır. Azərbaycanda isə Neftçiyə azarkeşlik edir.
Yenidən doğulsaydı şir olmaq istərdi.

ANI



del.icio.us
Digg
Facebook
Technorati