Nərgiz Nəcəfova
Nərgiz Nəcəfova
Nərgiz 1988-ci il, apreil 10-da Bakıda doğulub. Bir sıra məktəblər dəyişsə də ən çox təhsil aldığı məkan Bakı Xoreoqrafiya Məktəbi olub.
O, ailəsiylə birgə 2000-ci ildə Londona köçüb. Burda da məktəbləri dəyişmək ənənəsini davam etdirib. Nərgiz Bishop Douglass High School bitirib, daha sonra Queen Mary Unversity of Londonda İngilis Ədəbiyyatı və Tarixi üzrə bakalavr dərəcəsi alıb. Hal hazırda Warwick University-də Tarix (History) üzrə magistraturada oxuyur.
“Məncə mən fikrimdən dönməyən və mübahisəni sevən biriyəm. Bəziləri bunu bir istedad kimi dəyərləndirir, bəziləri isə əksiklik. Mən, özüm üçün önəmli olon məsələlərdə çox mərdəm və etdiklərimin doğru olduğuna inanıram. Eyni zamanda, mən həddən artıq tənbələm. Bir az da abırsızam. Bəzi adamları həddən çox ideallaşdırıram.”
Nargiz elə bir maraqlı hobbisinin olmadığını deyir. O, kitab oxumağı, fotoqrafiyanı və incəsənəti (art), bir də gəzintini çox sevir. "Hal-hazırda isə daha çox həbsdə olan iki gənc bloqçu, Adnan Hacızadə və Emin Millinin müdaifəsi ilə məşğulam. Əlimdən gələni edirəm ki, onların məsələsini daha çox yaya bilək.”
O, dostları ilə vaxt keçirməyi, danışmağı (mübahisə etmyi) və gec saatlarına qədər boş yerə Londonda gəzişməyi çox sevir.
Nərgiz musiqidə diqqətli seçimə üstünlük verir. Sevdiyi qruplar: White Stripes, Black Keys, Bright Eyes, Bishop Allen və Bob Dylan. O həmçinin bluz ifaçılarını dinləməyi də xoşlayır. Məsələn John Lee Hooker və Son House. “Və təbii ki muğam dinləməyi çox sevirəm.”
Sevdiyi kitablar: “Orlando” (Virginia Woolf), “This Side of Paradise” (F. Scott Fitzgerald), “East of Eden” (John Steinbeck) və “Steppenwolf” (Hermann Hesse). O həmçinin John Keats-in şerlərini oxumağı xoşlayır. Oxuduğu son kitab Orhan Pamukun “Snow” əsəridir.
Deyir ki, Azərbaycanla bağlı məlumatı əsasən azadlıq.org və azerireport.com saytlarından alır. “Azərbaycan TV kanallarına heç baxmıram. Çünki onlara baxmaq imkanım yoxdur və həmçinin ona görə ki, onlar son dərəcə bərbatdırlar.” O Azadlıq Radiosunu dinləməyi çox sevir.
Azərbaycanı necə görmək istərdin?
“Mən Azərbaycanı daha cavabdeh, daha təhsilli, daha azad görmək istərdim. Bilmirəm bu nəqədər çəkəcək, ancaq bilirəm ki bu gələcək.”
Yenidən doğulsaydı heç də indikindən fərqli olmaq istəməzdi. “Biraz daha şanslarını əldən verməyən biri olmaq istərdim.”
Nərgiz Manchester United azarkeşidir.

ANİ



del.icio.us
Digg
Facebook
Technorati