Home | Network | Turan Kərimli

Turan Kərimli

image

Turan Kərimli

1989 cu ildə Bakı Şəhərində, Xətai Rayonu Aşıq Qurban küçəsində (keçmiş Şaumyanski Rayon, Armyanski uliça) anadan olub. 1996 ci ildə 25 saylı məktəbdə təhsilə başlayıb. 7-9cu siniflərdə 261 saylı məktəbdə təhsil alıb. 10-11 ci sinifləri isə 10 saylı məktəbə gedib-gəlib. 2007 ci ildə 635 balla Bakı Dövlə Universitetinin Beynəlxalq Hüquq ixtisasına qəbul olub və 2 il orada təhsil alıb.

2009 cu ildə ingiltərəyə gəlib, lakin ondan əvvəl Avstraliyaya getmək arzusunda imiş. “Təəssüflər ki qismətim İngiltərə oldu”. Turan Hal hazırda Uestminster Universitetində Turizm və Bizess ixisası üzrə təhsil alır.

Turan 2007 ci ildən Gənclər fəaliyyətinə xüsusi maraq göstərib, və QHT-lərin tədbirlərində aktiv iştirak edib. Turan 2008 ci ildə uzun müddət ərzində Caspian-Khazri forumunda moderatorluq edib. 2008-ci ilin yayından isə Facebook-un tərcümsinə başlayıb. Hal hazırda 6483 söz tərcümə edib Facebook-un məlumat bazasına əlavə edib. 2 aylıq fasilədə sonra yenidən tərcümə prosesinə qoşulub. "Facebook-u Azərbaycan dilinə tərcümə edək! " Facebook qrupunun adminidir.

Xasiyyəti normaldı məqsədlərinə çox zaman çatır, əgər hər şey özündən asılı olursa. Təzə insanlarla tanış olmağı sevir. Amma özünü qismən vəfasız hesab edir, çünki, 3 məktəbdə oxusa da, hal hazırda cəmi 1 sinif yoldaşı ilə əlaqəsi qalib.

Kitab oxumağı sevir. Əsasən tarixə və ədəbiyyata maraq göstərir. Sevdiyi kitablar: Azərbaycan tarixi (Süleyman Əliyarlı), Mea Culpa-confession of Armenian elite (A. Məmmədli), Incomers-a true history of Armenians (A.Məmmədli)

O düşünür ki, musiqi zövqu yoxdur. Musiqiyə qulaq asmağı o qədər də sevmir.

Kinolara Cinemalarda baxmaqı bəyənir. Londonda 2 dəfə Cinemaya getsə də, hər ikisində yuxuya gedib (20 dəq və 30 dəq).

Xəbərəri anspress.com azadlıq.org saytrarından oxuyur. Televiziyaya ümumiyyətlə baxmır. Yaxın gələcəkdə baxmaq fikri də yoxdur.

Azərbaycanı necə görmək istərdin?

Təhsili ilə əlaqədar olaraq, yaxın 3 ildə Azərbaycanı görmək fikrim yoxdur. Azərbaycana qayıtdıqda isə, insanları daha mehriban, daha savadlı görmək istəyirəm.

Futbol fanatı deyil.

Dünyaya  ikinci dəfə gəlmək istəməzdi. Amma gəlsəydi,  canavar olmaq istəyərdi.

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1