Home | yAZAR | Əlifba bayramı

Əlifba bayramı

image

 Deyirəm bu şəhərdə gözlərimiz hər gün bir şey görməsə kor olar, qulaqlarımız da hər gün bir şey eşitməsə kar olar da. Hər zamanki kimi mən yenə də eşitdiklərimdən deyil, gördüklərimdən yazacam.
   
   Oxumaq yaxşı şeydi, amma oxuduğun zaman gərək biləsən ki, nə oxuyursan. Əlinə qəzet, jurnal, kitab alıb oxumaqla deyil ee! Oxuduğun şeyi gərək dərk edəsən. Keçən günlərdə pleyerin qulaqcıqlarını taxmışam qulağıma, metrodayam. Bir xala var, utanmasa gəlib məndən yapışacaq ki…
    Millət hər zamanki kimi bel-belə gedirdi. Mən də bir tərəfdən nəfəs almağa çalışarkən, bir tərəfdən də əlimdəki "Yeni Müsavat" qəzetini səhifələyirdim. Hamı gözünü dikmişdi qəzetimə. “Öz - özümə dedim bəlkə mən nəsə səhv bir şey edirəm?”
    Qəzetə baxıram, özümə baxıram. Deyirəm “bəlkə "nəyimsə" çöldədi heç xəbərim yoxdu?”
   Hətta bir ara sevindim ki, xalqımız bəs bilgiyə, informasiyaya susayıb. Gördüm yox ee faydası yoxdu, qəzeti bükmələyib soxdum arxa cibimə. Elə bu an ağsaqqal yerindən qalxdı dedi ki: “oğul sən otur qəzet oxuyursan”.
    Bu sözlər adətən hamilə qadınlara deyilir: “Qızım otur sən "iki canlısan"”.
   Birtəhər ağsaqqalı sakitləşdirdim ki: “Bəs ayıbdır otur ayaq üstə dura bilsən oturaram, amma səndə o hal yoxdu axı”.
   Nizami stansiyasında bir ağsaqqal girdi, əlindəkiləri dəftərə oxşatdım. Satırdı, özü də deyirdi ki, istəyirsiniz 20 qəpik verin, istəyirsiniz 1 manat verin, istəyirsiniz 5 manat, ya da 100 manat verin: bu kitab mənim əməyimin məhsuludur. Təkrar baxdım gördüm ki, kişinin əlindəkilər dəftər belə deyil, dəftərçəyə oxşar bir şeydi. Nəysə dediyi kimi əməyini dəyərləndirdim, aldım.
   Dəftərçənin adı "Əlifba Bayramı" idi. Bəşir KƏSƏRLİ (Təxəllüsü də "Türk Dünyəvi").
   İnanmadım, arxasına baxanda kişinin şəklini gördüm, gülmək mənə güc gəldi, mən gülməyib birtəhər sakitləşdim. Şəkildə ağsaqqalın alnına "Qarabağ" yazısı həkk olunmuşdu, özü də deyəsən, başına yaylıq bağlamışdı. Həə pencəyində də Heydər Əliyevin rozetkası. Dedim bərəkallah.
   Nəysə sözüm onda yox, Hərbi Nəşriyyatın mətbəəsində çap olunmuş formatı 60x48 olan bu kitabcığın tirajı 1000 nüsxə, qiyməti isə müqavilə yolu ilə idi.
   Elə bil ev alırıq. Nəysə…
   8 səhifə olan dəftərcik 2008-ci ildə nəşr olunub. Giriş səhifəsində 'Tanınmış şair Bəşir KƏSƏRLİNİN 8 kitabı nəşr edilmişdir' yazısı məni az qala gülüş komasına soxacaqdı.
   Düşündüm kitablarının elə hamısı 8 səhifədən ibarətdirsə, daha mənim sözüm yoxdu. Bir də ağsaqqal bu dəftərciklərini özü dilənçi vəziyyətində niyə satır, mən onu da başa düşmədim açığı.
   Əşi bura Azərbaycandır deyib keçmək istəyirsən...
    Evə gəldim, böyük bir həvəslə əlimdəki dəftərcikdən vətənpərvər ruhda bir şer oxuyub, evdəkilərin kefini açmaq istəyirdim ki, bir də baxdım ki nə??? Dəftərcikdən biri də bizim yemək masasının üstündədi.
   Sözün bitdiyi yer buradır əzizlərim, "No comment" vallah! İçimdə dedim ki, kaş ki, kişiyə elə imzalatsaydım kitabını.
   Sağ ol Bəşir KƏSƏRLİ! "Türk Dünyəvi" təxəllüsünlə min yaşa səni!
   Sevindir bizləri!!!
   Arada imkan olsa mən də bir-iki şəkilli kitab çıxarmaq istəyirəm. Dəftərcik ey nə kitab? Özü də bir az erotik şeirlər yazacam mən! Markiz de Sadın əsərlərindən tərcümələr etmək istəyirəm! Yaman "xodovoy" gedər bizim metroda ha!! Sponsor axtarıram! Sonda o dəhşət kitabdan, hamınızı valeh edəcək bir şeiri necə var elə də yazıram sizlər üçün!
   
   
   Bayrağının altında biz,
   Bir əsgərik hər birimiz.
   Al geyəcək ana yurdum
   Ana yurdum, sona yurdum.
   Qurban oldum sana, yurdum!
   Zəfər çalsın, zəfər ordum!
   Gələcəkli ana yurdum.
   Eşqin ilə yuva qurdum.
   Ana yurdum, ana yurdum!
   Analara, ana sənsən.
   Bu şərəfli ada "əhsən"!
   Uçurduğun qartallarla,
   Fəxr eləyib ucalırsan.
   
   Qürur duyub bu adından,
   Qanad çalıb uçacağam
   Şöhrətini biliyimlə
   Mən dünyaya yayacağam
   Gül-çiçəkli, sülh diləkli.
   Al günəşli, gələcəkli.
   Duz-çörəkli Azərbaycan!
   Azərbaycan! Azərbaycan!
   Ey laləzar Azərbaycan!
  
 
   P.S. Deyirəm o vaxt Üzeyir Hacıbəyov elə bil şeir tapmayıb da himn yazmağa. Mən istərdim ki, himnimizin sözlərini Bəşir KƏSƏRLİ yenidən işləyib yazsın! Çalışacağam növbəti yazılarımda dahi şairdən bir müsahibə alım! Şairə suallarınızı yazın! Ən yaxşı sualı imzalı "dəftərcik" gözləyir.

 

By Orkan Kerimov

Sourced from Alma

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1